Qazaxda "beynəlxalq yoldaşlıq görüşü" : Həm gülməli, həm də ağlamalı vəziyyət - FOTO

15:51 5 Fevral 2018

"Region Liqası"nda çıxış edən "Göyəzən" fevralın 9-da Qazaxda yoldaşlıq görüşü keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, rəqib qonşu Gürcüstanın I Divizion təmsilçisi "Qardabani" olacaq/ "Göyəzən"nin 40 illik yubileyinə həsr olunan oyun saat 15:00-da başlanacaq.

 

Artıq oyunla bağlı afişalar da vurulub. Lakin afişalara baxanda bilmirsən güləsən, yoxsa oynayasan. Hər necə olsa "Göyəzən" tarixi olan klubdur. Heç olmasa bu klubun yubileyinə bu cür  biganə yanaşmaq olmaz. Ağaca vurulan və qələmlə kağıza yazılmış afişadakı "beynəlxal yoldaşlıq görüşü" ifadəsi də diqqət çəkir. Görünən burdr ki, oyuna, ümumiyyətlə, yubileyə münasibət çox həvəskar səviyyədədir. Yaxşı olar ki, rayon rəhbərliyi heç olmasa normal yubiley keçirmək üçün müəyyən addımlar atsınlar.

 


Digər xəbərlər

Xəbər xətti