Futbol üzrə İtaliya yığmasını kimin çalışdıracağı rəsmən müəyyənləşib.
Sportarena.az xəbər verir ki, İtaliya Futbol Federasiyası milli komandanı Luici Di Byacoya tapşırıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Lakin Di Byaconun komandaya müvəqqəti baş məşqçi təyin olunduğu bildirilir. Belə ki, o, İtaliya yığmasını martin 23-də keçiriləcək Argentina, eləcə də bundan 4 gün sonra baş tutacaq İngiltərə ilə yoxlama oyunlarında rəhbərlik edəcək.
Xatırladaq ki, DÇ-2018-ə vəsiqə qazana bilməyən İtaliya yığması Can Pyero Venturanın istefasından sonra ötən ilin sonlarından baş məşqçisiz qalıb. Komandanın yeni baş məşqçisinin kim olacağı hələ də bilinmir.