Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığması bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq. Qrupda keçirdiyi ilk oyunda Fransanı məğlub edib (5:3), daha sonra İspaniyaya uduzan (0:1) yığmamız qrup mərhələsini 2-ci pillədə başa vurub. Portuqallar isə Rumıniya və Ukraynanı məğlub edərək, öz qrupunu lider kimi başa vurub.
Yığmamız bu günə kimi Portuqaliya millisini məğlub edə bilməyib. Millimiz DÇ-2016-nın 1/4 finalında da məhz portuqallara uduzmuşdu. Joze Alesionun yetirmələri Portuqaliya ilə bugünkü matçda həm də, bu tilsimi qırmağa çalışacaq.
Oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Futzal üzrə Avropa çempionatı, 1/4 final
6 fevral
21:00 Portuqaliya - Azərbaycan 8:1
Qol: P.Kari, 3; 6. P.Varela, 10. Rikardinyo, 11; 20 - Qalo, 1.
Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çətin (Türkiyə), Saşa Tomiç (Xorvatiya)
Sloveniya. Lyublyana, “Stojica Arena”
Portuqaliya: 12. Andre Souza (q), 6. Pedro Kari, 7. Bruno Koelyo, 9. Joao Matos, 10. Rikardinyo (k)
Ehtiyat oyunçular: 1. Bebe (q), 14. Viktor Huqo (q), 2. Andre Koelyo, 3. Tunya, 4. Nilson Migel, 5. Fabio Kesilio, 8. Marsio Moreyra, 11. Pani Varela, 13. Tyaqo Brito
Baş məşqçi: Jorge Braz
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Tyaqo Telez “Bolinya”, 5. Fineo de Araujo, 6. Eduardo Borges, 13. Everton Kardoso “Qalo”
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Villiams Oliveira Do Nascimento “Vassura”, 14. Vitali Borisov, 11. Xətai Bağırov, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio Da Silva