“Gənclərbirliyi”ndə çıxış edən millimizin üzvü Dəniz Yılmaz bu gün “Beşiktaş”la kubok matçında oynaya bilməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun zədəli olduğu, buna görə, ölkə kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək cavab oyununda meydana çıxa bilməyəcəyi qeyd edilib.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun “Beşiktaş”ın 3:1 hesablı qələbəsi ilə nəticələnmiş, “Gənclər”in yeganə qoluna isə Dəniz imza atmışdı.
“Gənclərbirliyi” - “Beşiktaş” oyunu bu gün saat 21:30-da başlayacaq.