İngiltərə Premyer Liqasında da qış fasiləsi olacaq

17:32 6 Fevral 2018

Avropanın digər aparıcı çempionatlarından fərqli olaraq İngiltərə Premyer Liqası sıx və gərgin qrafikinə görə fərqlənir. Dekabrın sonudan yanvarın ortalarına kimi davam edən "Boxing day" bir sıra məşqçilərdə narazılıq doğurur.

Sportarena.az xəbər verir ki, 2019-cu ildən Premyer Liqada da qış fasiləsi ortaya çıxa bilər. Liqa rəhbərliyi bu məsələni gözdən keçirir. Teleyayım haqqında yeni müqavilədə analoji bəndin yer alacağı ehtimal olunur. "Sky" və "BT" kanalları ilə 5.4 milyard funt dəyərində olan anlaşmaya görə çempionata qışda fasilə vermək mümkün deyil. Həmin müqavilə 2019-cu ilə kimi qüvvədədir. BBC tərəfindən keçirilən sorğuda respondentlərin 59%-i komandaların qış fasiləsinə getməsini dəstəkləyib.


Digər xəbərlər

Xəbər xətti