İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 6-7 fevral tarixlərində “Stadion və Təhlükəsizlik Strategiyası” sammiti təşkil olunub.
Sportarena.az xəbər verir ki, sammit UEFA İcraiyyə Komitəsi tərəfindən 21 Yanvar 2016-cı il tarixində təsdiq edilmiş, 2017-2021-ci illəri əhatə edən UEFA stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilir.
AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev və AFFA-nın təqdimatı əsasında tədbirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tədbirdə iştirak edir.