Futzal üzrə milli komandamız Avropa çempionatının 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, qarşılaşma barədə yığmamızın qapıçısı Rövşən Hüseynli sosial şəbəkə hesabında paylaşım edib. Avropanın ən yaxşı qapıçılarından biri olan 26 yaşlı futzalçı bunları qeyd edib:
"Öncə bu günə qədər bizi dəstəkləyən, uduzsaq bələ, yanımızda olan hər kəsə təşəkkür! Oyun haqqında heç nə deməyəcəm. Hər şey göz qabağında oldu və unutmayaq ki, bu, futzaldır. Olmamalı idi, amma hesabda geridə olduğun vaxt risk etməlisən. Etdik ve alınmadı. Hər şey bir qırağa, kişiyik, tənqid etmək olar, normaldır. Hər bir insanın öz düşüncəsi var. Amma təhqir etmək... O artıq təhqir edənin nakişiliyidir".