Fransa kubokunun 1/8 finalı çərçivəsində keçirilən “Soşo” - PSJ matçında maraqlı anlar yaşanıb.
Sportarena.az xəbər verir ki, parislilərin 4:1 hesabı ilə qalib gəldiyi matçın 90-cı dəqiqəsində qonaqların qapıçısı Kevin Trapp qırmızı vərəqə alıb. Əvəzetmə limiti dolduğundan qapıya Dani Alveş keçib. "Soşo"nun futbolçuları son dəqiqələrdə braziliyanı məyus etmək üçün cəhdlər etsələr də, buna nail ola bilməyiblər.