Falkao zədələndi

18:53 7 Fevral 2018

Fransa çempionatının son turunda zədələnən "Monako"nun futbolçusu Radamel Falkao tibbi müayinədən keçib.

Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçunun zədəsinin bərpa müddətinin 2-3 həftə çəkəcəyi bildirilir.

Qeyd edək ki, Radamel Falkao Fransa çempionatının 24-cü turunda "Lion"a qarşı matçda (3:2) zədələnib.


Digər xəbərlər

Xəbər xətti