Dünya çempionu Bakıya gəlir

15:11 8 Fevral 2018

FİFA dünya çempionatının kubokunun sabah Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün Bakıya gətiriləcəyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, dünya kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakıya gətiriləcək. 

 

Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri dünya kubokunu yaxından görə biləcəklər.


Digər xəbərlər

Xəbər xətti