Avstriyanın paytaxtı Vyananı təmsil edən "Qarabağ” 8 yeni futbolçusunu ictimaiyyətə açıqlayıb.
Sportarena.az xəbər verir ki, onlardan biri azərbaycanlı yarımmüdafiəçi Emil Fərzəliyevdi. Klubun rəsmi saytında Fərzəliyev haqda məlumat da yazılıb: "19 yaşlı yarımmüdafiəçi Bakı "Neftçi”sinin U-19-da oynayıb. O, komandamızı gücləndirəcək. Burda karyerasını qurması, peşəkar futbolda sıçrayış etməsi üçün bütün şərait var”.
Qeyd edək ki, ötən il vyanalılar "Dnepr”dən ayrılan Dmitri Nağıyev və daha bir sabiq "Neftçi”liylə - Emil Bədəlovla müqavilə bağlamışdı.