FİFA-nın Təşkilat Komitəsi DÇ-2018-də milli komandalarının ilkin iştitak ərizəsindəki oyunçu sayının artırılmasına qərar verib.
Sportarena.az xəbər verir ki, iştirak ərizəsinə salınacaq oyunçuların sayının 30-dan 35-ə artırılacaq. Bu qərar FİFA-nın martın 16-ı keçiriləcək iclasında təsdiqlənəcək.
Qeyd edək ki, DÇ-2018-də yığmaların ilkin iştirakçı siyahısı FİFA-ya mayın 14-dək, 23 oyunçudan ibarət yekun ərizə isə iyunun 4-dək təqdim olunmalıdır.