Rusiya klubu Neymarın transferindən niyə imtina edib?

11:48 9 Fevral 2018

Rusiyanın "Lokomotiv" (Mosvka) klubu 2008-ci ildə Neymarı transfer etməkdən imtina edib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu 2008-ci ildə "Santos" klubunun heyətində Gənclər Kubokunda iştirak edərkən görüb və onu transfer etməkdə maraqlı olublar. Lakin klub rəhbərliyi transfer qiymətinin uyğun olmaması və bəzi digər səbəblərə görə futbolçunun transfer etməkdən imtina ediblər. Klubun keçmiş prezidenti Nikolay Naumov məsələni bu cür izah edib:

 

"Biz Neymarın transferi haqqında çox düşündük. Onu transfer etmək istəyirdik, skautlarımız onu yaxından izləmişdilər. Lakin bəzi çox böyük şübhələrimiz var idi. Futbolçunun çox cavan olması və Rusiya mühütünə oyrəşməkdə çətinlik çekə biləcəyini nəzərə alaraq bu transferdən imtina etdik." 

 

Qeyd edək ki, "Lokomotiv" həmin vaxt Neymarın əvəzinə yerli futbolçu Alan Gatagovu transfer etmişdi. Həmin vaxt "Santos" Rusiya klubundan futbolçunun transferinə görə 10 milyon avro tələb etmişdi.


Digər xəbərlər

Xəbər xətti