Dünya kuboku Bakıda

12:21 9 Fevral 2018

Dünya çempionatının kubokunun bu gün Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün Bakıya gətiriləcəyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, kubok bu gün səhər saatlarında, 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə xüsusi təyyarəylə paytaxtımıza gətirilib.

 

Dünya kuboku şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Futbol azarkeşləri bu gün saat 13:00-dan 19:00-dək dünya kubokunu yaxından görə biləcəklər.


Digər xəbərlər

Xəbər xətti