Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Sportarena.az xəbər verir ki, mövsümün ikinci yarısına "Zirə" - "Sumqayıt" oyunu ilə start veriləcək. "Qartallar" ev oyunundan 3 xalla ayrılmağa çalışacaq. Buna səbəb elə bu gün qəsəbə komandasının əsas rəqibləri "Qarabağ"la "Qəbələ"nin üz-üzə gəlməsidir. "Sumqayıt" isə çətin səfər sınağından xalla qayıtmaqla dördüncü sıradakı mövqeyini qorumağa çalışacaq.
Yuxarıda qeyd etdiyimiz kimi bu gün "Qarabağ" - "Qəbələ" matçı da keçiriləcək. Ağdam klubu qələbə qazanmaqla ən yaxın üzləyicisi ilə xal fərqini artırmaq istəyir. "Qırmızı-qaralar"ın isə lider olan rəqibi ilə xal fərqinin böyüməməsi üçün 3 xala hava-su kimi ehtiyacı var.
Azərbaycan Premyer Liqası, 15-ci tur
10 fevral
Zirə - Sumqayıt 1:1
Qol: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Saxıyev
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə. İdman kompleksinin stadionu, 16:00
Zirə: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 8. Milan Duriç, 14. Tellur Mütəllimov, 17.Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 11. Viktor İqbekoyi
Baş məşqçi: Ayxan Abbasov
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 25. Süleyman Əhmədov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Qarabağ - Qəbələ 0:0
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı. “Azersun Arena”, 19:00
11 fevral
Keşlə - Səbail
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “İnter Arena”, 15:00
Neftçi - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. 8-ci km stadionu, 17:30