Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 24-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Utrext”in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.
Kökçü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
“Valveyk” hazırda 22 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.