Portuqaliya Sloveniyada tarix yazdı

11:09 11 Fevral 2018

Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunan futzal üzrə Avropa çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, AÇ-2018-in son oyun günündə əvvəlcə 3-cü yer uğrunda oyun keçirilib. Qazaxıstanla qarşılaşan Rusiya yığması 1:0 hesabıyla qalib gələrək, qitə birinciliyinin bürünc medallarına sahib çıxıb.

 

Həlledici qarşılaşmada isə Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtın sonuncu dəqiqəsində daha bir qol vuran Portuqaliya millisi 3:2 hesablı qələbə qazanmaqla tarixində ilk dəfə Avropa çempionu olub.

 

Buna qədər yalnız İspaniya (7 dəfə), İtaliya (2) və Rusiya (1) milliləri qitənin ən güclüsü adını qazanmışdılar.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-də mübarizəni 1/4 finalda məhz Portuqaliyaya 1:8 hesabıyla uduzaraq dayandırmışdı.


Digər xəbərlər

Xəbər xətti