"Neftçi"nin oyunu təxirə salındı - 5 futzalçının səhhətində problem aşklarlandı

17:44 12 Fevral 2018

Futzal üzrə Yüksək Liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” İK – “Yasamal” İK oyunu təxirə salınıb. 

 

Sportarena.az xəbər verir ki, buna “Neftçi”nin 5 futzalçısının səhhətində problem yaranması səbəb göstərilir. Belə ki, bu gün müayinədən keçən komandanın üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib. Bunu nəzərə alan futzal federasiyası “Neftçi” İK – “Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb

Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq.


Digər xəbərlər

Xəbər xətti