Birinci divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək. Bu barədə məlumatı 1-ci divizion klubu yayıb.
"Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan"da forma geyinib.