“Qarabağ"ın keçmiş futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, qış fasiləsində Trnavanın "Spartak" klubuyla (Slovakiya) müqavilə imzaladıqdan 3 həftə sonra komandadan ayrılan 28 yaşlı futbolçu "Aktobe"yə keçməyə yaxındı. Braziliyalı futbolçu hazırda Qazaxıstan klubunun düşərgəsində baxışdadı. Reynaldonun hazırlığı məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalanacaq.
Reynaldo 2012-2017-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.