Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda keçirilən "Al Ettifaq" - "Al Feiha" (1:1) qarşılaşmasının baş hakim Mark Klattenburq yenə diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, onun iştirakı ilə maraqlı məqam yaşanıb. Belə ki, ev sahiblərinin müdafiəçisi Hüseyn Əl-Sayed butulkanı meydandan kənara atarkən ehtiyatsızlıqdan Klattenburqu nişan alıb. Misirli futbolçu dərhal referiyə yaxınlaşaraq ondan üzr istəyib.
Klattenburq Əl-Sayedə zarafatla sarı vərəqə göstərib. Bu sarı vərəqə oyunun protokoluna daxil edilməyib.