Bu gün mətbuatda U-17 Liqasının son turunda baş tutan "Səbail” – "Neftçi” matçı zamanı ev sahibi komandanın baş məşqçisi Füzüli Məmmədovun rəqibin inzibatçısı Sabir Hacıyevlə əlbəyaxa olduğuna dair məlumat yayılıb.
Sportarena.az xəbər verir ki, Məmmədov "İdman Azərbaycan" kanalının canlı yayımında məsələyə münasibətini bildirərək, xəbəri təkzib edib. O, sadəcə inzibatçı ilə oyunun gərginliyinə görə arasında sərt dialoqun olduğunu deyib: