İquayin Çempionlar Liqasının tarixinə düşdü - Ən erkən dubl

10:35 14 Fevral 2018

İtaliyanın “Yuventus” klubunun hücumçusu Qonsalo İquayin UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı forvard sözügedən turnirdə ən erkən dublun müəllifinə çevrilib. O, ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem” klubu ilə ev oyununda (2:2) cəmi 8 dəqiqə 7 saniyə ərzində iki qol vurub. Bu, qitənin ən nüfuzlu klub turnirində rekord göstəricidi.

 

Xatırladaq ki, buna qədər ÇL-in ən erkən dublu Milan “İnter”inin hücumçusu Xulio Krusa məxsus idi. O, 2006/07 mövsümündə Moskva “Spartak”ı ilə oyunda 8 dəqiqə 30 saniyə ərzində iki qol vurmuşdu.


Digər xəbərlər

Xəbər xətti