"Roma"nın canlı əfsanəsi Françesko Totti maraqlı açıqlama ilə diqqət çəkib.
Sportarena.az xəbər verir ki, karyerası haqda danışan veteran futbolçu 2003-2004 mövsümündə "Real"dan ciddi təklif aldığını bildirib:
"Həmin vaxt "Real"dan çox ciddi təklifim var idi. Ancaq mən çempionluğu və titulu seçmədim, yalnız bir komandada forma geyinməyi üstün tutdum. Buna görə də "Roma"da qaldım. İndi oynasaydım qiymətim nə qədər olardı? 200 milyon avro".