İngiltərə Premyer Liqasının 2019-2022-ci illər üçün yayım hüququ satılıb.
Sportarena.az xəbər verir ki, bu illərdə baş tutacaq mövsümlərin yayım hüququ 7 paketə bölünüb və 5 paket iki kanal tərəfindən alınıb.
3,58 milyard avro funt-sterlinq qarşılığında 4 paket alan "Sky Sports" bu müddətdə 128 Premyer Liqa matçını canlı yayımlayacaq. "BT Sport" isə 884 milyon funt-sterlinq ödəyərək 1 paket alıb və 32 oyunun yayım hüququnu qazanıb.
Beləliklə, Premyer Liqa rəhbərliyi 160 oyunun toplandığı 5 paketdən 4,464 milyon funt-sterlinq qazanıb. Hər birində 20 oyunun olduğu qalan 2 paket qarşıdakı günlərdə satılacaq.
Premyer Liqanın 2015-2019-cu illər üçün yayım hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.