“Kəpəz”in zədəli futbolçuları sağalıb.
Sportarena.az xəbər verir ki, ötən tur “Neftçi” ilə oyunu buraxan Murad Səttarlı və bakılılara qarşı görüşdə əzələsi dartılan Dieqo Souza sıraya dönüb. Hər iki futbolçu fərdi hazırlıqdan sonra komanda ilə birgə məşqlərə qoşulub.
Onların həftə sonu “Keşlə” ilə görüşdə meydana çıxması məşqçilər korpusunun qərarına bağlıdı.