“Mançester Yunayted” “İnter”in hücumçusu Mauro İkardinin xidmətində maraqlıdı.
Sportarena.az xəbər verir ki, manukunianlar 24 yaşlı futbolçunun keçidi üçün 135 milyon funt-sterlinq (190 milyon dollar) ödəməyə hazırdı. Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb. Xəbərdə “qırmızı şeytanlar”ın hücumçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib.
Argentinalı forvardın xidmətində “Real” da maraqlıdı.