"Şüvəlan"ın prezidenti Zaur Axundov AFFA və Peşəkar Futbol Liqasına müraciət edib.
Sportarena.az xəbər verir ki, «Silk way»ın rəhbəri komandasını növbəti mövsümdən Premyer Liqada görmək istədiyini bildirib. O, lisenziyalaşdırma proqramının bütün şərtlərini yerinə yetirməyə hazır olduqlarını söyləyib. Axundov ən vacib ünansa – maliyyə məsələsinə də aydınlıq gətirib. Deyib ki, "Şüvəlan"a 1 milyon manat ayırmağa gücü çatır.
İş adamı vədinin sübutu kimi artıq əl-qolunu çırmalayıb. I Divizionda ikinci yarıya hazırlaşan "karqoçular"ın büdcəsini ikiqat qaldırıb. Bundan əlavə, hər oyuna mükafat təyin edib, komandanın avtobusunu yeniləyib. (sportinfo.az)