"Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək.
Prosport.Az xəbər verir ki, "Neftçi” 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunacaq yarışda "Keşlə” və "Rəvan” ilə eyni qrupda mübarizə aparacaq.
6 komandadan ibarət turnirin digər qrupunda "Qarabağ”, "Vətən RİOEUGFM” və BİFM klubları yer alacaqlar. Fevralın 18-də keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar.
Qrupda ikinci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.