Futzal üzrə ölkə çempionatının bütün liqaları üzrə “transfer pəncərəsi” bağlanıb.
Sportarena.az xəbər verir ki, Yüksək Liqa komandaları yanvarın, Birinci və İkinci liqaların iştirakçıları isə fevarlın ilk günündən etibarən heyətlərinə cəlb etdiyi yeni oyunçuları qeydiyyatdan keçirə bilərdi. Bu gün transfer dövrünün son günü idi.
Federasiya “transfer pəncərəsi”nin bağlandığını rəsmən elan edib.