Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Holştayn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
“Ersgebirge” geridə qalan turlarda topladığı 25 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.