Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 25-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Jil Visente” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
"Sportinq" hazırda 30 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.