"Liverpul" onlara yeni müqavilə təklif etdi

15:46 18 Fevral 2018

“Liverpul” futbolçuları Sadio Mane və Məhəmməd Salahla yeni müqavilə bağlamağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Deyli Mirror” nəşri yayıb. Xəbərdə “qırmızılar”ın seneqallı və misirli futbolçulara yeni anlaşma təklif etməyə hazırlaşdığı, yeni müqaviləyə əsasən, hər iki oyunçunun maaşlarının bir xeyli artırılacağı qeyd edilib.

 

Qış fasiləsində Filippe Koutinyonu “Barselona”ya satan “Liverpul”, bu yolla əsas üzvlərini komandada saxlamağı planlaşdırır.

 

Manenin klubla hazırkı müqaviləsi 2021-ci ilin, Salahın isə 2022-ci ilin yayına kimi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti