Rusiyanın "Tosno" klubunun futbolçusu Stanislav Manayevin paylaşdığı video başına bəla olub.
Sportarena.az xəbər verir ki, 19 yaşlı rusiyalı burnunu 4 min 940 rubla (təxminən 150 AZN) sildiyi görüntüləri sosial şəbəkədə yerləşdirib və yazıb:
“Mən bu pulları ehtiyacı olanlara verə bilərəm, amma burnum çox axdığı üçün verməyəcəyəm”.
Stanislavın bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxlu tənqidi şərhlərdən sonra futbolçu videonu səhifəsindən silib. Lakin bununla da iş itməyib. Manayevin bu hərəkətinə Rusiya İdman naziri Pavel Kolobov ad münasibət bildirib:
“Bu görüntülər futbolçunun təhsil səviyyəsinin aşağı olduğunu göstərir. Əminəm ki, bu, onun üçün bir dərs olacaq”.