Cənubi Koreyada təşkil olunan XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən yeganə idmançı Patrik Braxner yarışa buraxılmayıb.
Sportarena.az xəbər verir ki, o, dünən start xəttinə çıxmalı idi. Lakin nəhəng slalom yarışlarında Braxner 110 iştirakçı arasında yer almayıb.
Milliləşdirilmiş avstriyalı legioner fevralın 22-də slalom yarışlarında qüvvəsini sınayacaq.