Muslera "Qalatasaray"dan ayrılır? - FOTO

14:03 19 Fevral 2018

Türkiyə Superliqasının son turunda “Kasımpaşa”ya 1:2 hesabı ilə uduzan “Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Musleranın xanımı Patrisiya Kalleronun sosial şəbəkədə azarkeşə verdiyi cavab müzakirələrə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, “Cim-Bom” tərəfdarı komandasının uduzduğu oyundan sonra “İnstagram”da Musleranın fotosuna “evinə get” deyə şərh yazıb. Təcrübəli qapıçının xanımı da həmin şərhə “niyə də yox? Bəlkə tezliklə...”  cavabı verib.

 

Bu şərh Türkiyə mediasında Musleranın “Qalatasaray”dan tezliklə ayrılacağı kimi yorumlanıb. 

 


Digər xəbərlər

Xəbər xətti