Braziliya çempionatının “Vitoria” - “Bahia” oyununda qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində qonaqların futbolçusu Vinisius Barbosa penaltidən hesabı açıb. Bundan sonra meydanda futbolçular arasında qarşıdurma yaşanıb. Matçın baş hakimi ev sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna qırmızı vərəqə göstərib. Bir qədər sonra isə “Vitoria”nın daha 2 futbolçusu qırmızı vərəqə alıb. Bununla da, ev sahibləri meydanda 6 nəfər qalıblar.
Bundan sonra, qaydalara əsasən, oyunun baş hakimi qarşılaşmanı yarımçıq dayandırıb.