"Yuventus" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın əsas hücumçusu Qonsalo İquain zədələnib. A Seriyasının son turunun "Torino" ilə oyununda (1:0) xəsarət alan argentinalı forvard 1 həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, görüşün 15-ci dəqiqəsində zədələnən İquain Federiko Bernardeski ilə əvəzlənmişdi.