Qatuzzo Hakan Çalhanoğluna niyə vurmaq istəyib? - AÇIQLAMA

21:50 19 Fevral 2018

"Milan" İtaliya A Seriyasının 25-ci turunda doğma meydanda "Sampdoriya"nın 1:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məqşçisi Cennaro Qatuzzo ilə Hakan Çalhanoğlu arasında maraqlı anlar yaşanıb. Belə ki, italyan mütəxəssis 24 yaşlı yarımmüdafiəçinin üzərinə gedərək yumruğunu havaya qaldırıb. Türk futbolçu isə məşqçinin bu hərəkətini gülüşlə qarşılayıb. Qatuzzo baş vermiş hadisə ilə bağlı matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verib.O. Çalhanoğluna əsəbləşdiyini bildirib: 

 

"Futbolçularımla çox gözəl münasibətim var. Çalhanoğlu ilə də həmçinin. Penaltini Rodriqesin vurmasına icazə verdiyi üçün ona yumruq vurmaq istədim".

 

Qeyd edək ki, oyunun 7-ci dəqiqəsində "Milan" penalti qazanıb. Topa yaxınlaşan Rikardo Rodriqes zərbəni dəqiq yerinə yetirə bilməyib.


Digər xəbərlər

Xəbər xətti