Türkiyə Super Liqasında 22-ci turun oyunları başa çatıb.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” turun son oyununda doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 3:0. Dəniz bu oyunun iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 25 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.