"Qarabağ"ın futbolçusu ikinci dəfə "Fənərbaxça"yla anlaşdı

11:04 20 Fevral 2018

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını yenidən Türkiyədə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Fotomaç” qəzeti məlumat yayıb. Bildirilir ki, “Qarabağ”ın gənc yarımmüdafiəçisi “Fənərbaxça” ilə anlaşıb. Vəlizadə İstanbul klubunun müvafiq yaş qrupu üzrə komandasında oynayacaq.

 

Qeyd edək ki, Turan Vəlizadə daha öncə - 2015-ci ildə "Fənərbaxça"da çıxış edib.  "Əlincə"dən "bülbülər"ə transfer edilən futbolçu sonradan vətənə qayıdaraq "Qarabağ"la anlaşmışdı.


Digər xəbərlər

Xəbər xətti