Çempionlar Liqasında 1/8 final həyacanı davam edir.
Sportarena.az xəbər verir ki, bu gün mərhələnin daha iki oyunu keçiriləcək. "Bavariya" doğma meydanda "Beşiktaş"ı qəbul edəcək. İstanbul təmsilçisi tarixi ərzində ilk dəfə 1/8 finalda mübarizə aparacaq.
Günün digər oyununda "Çelsi" "Barselona"nı qəbul edəcək. Turinirin iki favoritinin oyununu erkən final da adlandırmaq olar.
Çempionlar Liqası: 1/8 final, ilk oyunlar
20 fevral
23:45 Çelsi (İngiltərə) - Barselona (İspaniya) 1:1
23:45 Bavariya (Almaniya) - Beşiktaş (Türkiyə) 5:0