Yarış zamanı qadın idmançının geyimi cırıldı - FOTOLAR

13:21 20 Fevral 2018

Cənubi Koreyada təşkil olunan XXIII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə yarışlarda maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, fransalı idmançı Qabriella Papadakis partnyoru Giyom Sizeronla birlikdə performanslarını sərgiləyərkən karyerasının ən çətin anlarını yaşamalı olub. Belə ki, çıxış zamanı onun geyimi cırılıb. Sizeron dərhal partnyoruna yardım etməyə çalışsa da, baş verən hadisə Qabriellanı şoka salıb və o, utandığından nə edəcəyini bilməyib.

 

Xoşagəlməz hadisəyə baxmayaraq, onlar hələ də Olimpiadanın qızıl medalını qazanmaq şanslarını saxlayırlar. Cütlük jurnalistlərə verdikləri açıqlamada həmin olayla bağlı fikirlərini də bölüşüblər:

 

Qabriella: “Ən böyük kabusum başıma gəldi. Buna görə rəqsə konsentrasiya olmaqda da çətinlik çəkdim”.

 

Sizeron: “Bu xoşagəlməz təcrübəyə rəğmən, göstərdiyimiz performansdan ötrü qürurluyam”.


Digər xəbərlər

Xəbər xətti