Fransa Liqa 1 təmsilçisi “Genqam” məşhur hücumçu Didye Droqbanın oğlu İsaak Droqbanı heyətinə cəlb edib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Xəbərdə 17 yaşlı hücumçuyla müqavilə bağlandığı qeyd edilib. Gənc futbolçu “Genqam”ın U-19 komandasında çıxış edəcək. Fransada doğulan İsaak “Çelsi”nin yetirməsidi.
Xatırladaq ki, Didye Droqba karyearsı ərzində Fil Dişi Sahili millisi ilə yanaşı, “Çelsi”, “Marsel”, “Qalatasaray” kimi komandalarda da qovub. O, hazırda ABŞ-ın “Feniks Rizinq” klubunda çıxış edir.