Almaniyanın “Volfsburq” klubunun baş məşqçisi Martin Şmidt istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi 40 yaşlı mütəxəssisin istefasını qəbul edib. Ayrılığa komandanın uğursuz çıxışı səbəb olub. “Volfsburq” geridə qalan 23 turdan sonra 24 xalla 14-cü pillədə qərarlaşıb.
2015-2017-ci illər aralığında da bu komandanı çalışdırmış Şmidt “Volfsburq”a bu mövsümün 5-ci turundan etibarən rəhbərlik edirdi.