"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard haqqında çıxan transfer dedi-qodularına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, belçikalı futbolçu "Çelsi"də xoşbəxt olduğunu dilə gətirib:
"Futbolda hər şey ola bilər. Ancaq heç nə baş verməyə də bilər. Hər mövsüm "Real" və PSJ-yə transfer olacağımı yazırlar. Əgər komanda dəyişmək istəsəm, bunu edərdim. Ancaq hazırda olduğum yerdə xoşbəxtəm".
Qeyd edək ki, 27 yaşlı oyunçu 2012-ci ildən "Çelsi"də çıxış edir.