Bu gün “Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür olunub, gələcək işlərində uğurlar arzulanıb. Klubun prezidentinin səlahiyyətlərinin icrası vitse-prezident Vaqif Ömərova tapşırılıb.
Kamran Quliyev bir neçə gün əvvəl “Sumqayıt”ın prezidenti postundan istefa verərək, “Neftçi”də eyni vəzifəyə təyin olunub.