Futzal üzrə Yüksək Liqada keçirilən XVI tur bombardir üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, “Xəmsə” ilə oyunda poker edən Renat Sultanov aktivindəki qolların sayını 20-yə çatdırıb. Ən yaxın izləyicisi olan Thaqo Bolinya isə “Yasamal”la dueldə het-trik edib. Hazırda aktivində 15 qol olan millinin üzvü liderdən 5 top geri qalır.
Renat Sultanov (“Marafon Futsal”) – 20
Telez Thiaqo (“Araz”) – 15
Samir Əmirov (“Xəmsə”) – 13
Eduardo Borges (“Araz”) – 12
Mortoza Cahandost (“Yasamal”) – 11
Namiq Məmmədkərimov (EKOL) – 10