Ağır yol qəzası keçirən üçqat Avropa çempionu idmana qayıdır - MÜSAHİBƏ

18:14 21 Fevral 2018

Sportarena.az Goju-Ryu növü və Kempo idman növləri ilə məşğul olmuş, üçqat Avropa çempionu Ruslan Əkbərli ilə müsahibəni təqdim edir:

 

- Əvvəlcə sizi tanıyaq. 

- 1992 ci il mayın 30-da Bakı şəhərində anadan olmuşam. 


- Necə oldu idmana gəldin? 

- Uşaq vaxtından idmana həvəsim var idi. Valideynlərim də məni bu sahəyə yönəltdilər və hər zaman mənə dəstək oldular. 1998-ci ildən karatenin Goju- Ryu növü və Kempo idman növlərinin əlbəyaxa döyüşü ilə məşğul olmağa başladım. İlk nailiyyəti 6 yaşında olan zaman qazmışam. Belə ki, karatenin Goju- Ryu növü üzrə keçirilən Bakı birinciliyi türnirində üçüncü yerə çıxdım. Daha sonra Bakı, 7 qat respublika, Qafqaz 2007 və üç qat Avropa çempionu(2008-2010 Ukrayna Xarkov), 2008-ci ildə Yaponiya Goju- Ryu üzrə dünya çempionatında 2-ci yer tutub və master sport adına layiq görülmüşəm. 2009-cu ildə Rumıniyanın Buxarest şəhərində keçiriləcək yeniyetmə, gənclər və kişilər arasında kempo karate idman növü üzrə dünya çempionatında mükafatçı oldum. Həmin yarışda iki kateqoriyada döyüşmüşəm.  2010-cu ildə Ukraynada dünya çempionu və 2011-ci ildə Azərbaycanda keçirilən Goju- Ryu növü və Kempo üzrə dünya çempionatında qızıl medal qazanmışam.


- Narazı qaldığın yarışlar olubmu? 

- 2009-cu ildə Rumıniyanın Buxarest şəhərində yeniyetmə, gənclər və kişilər arasında kempo karate idman növü üzrə keçirilən dünya çempionatındakı yarışlardan narazı qalmışam. Mənə qarşı haqsızlıq oldu və mən ikinci yerdə qərarlaşdım. Orada bir çox ölkə bu hadisəyə görə, mənimlə bərabər etirazlarını bildiriblər. Mən bir çox beynəlxalq yarışlarda olmuşam. Final döyüşünü rumınıyalı idmançı ilə döyüşdüm. Orta və yan hakimlər hamısı rumınıyalı idilər. fikirlərini açıq-aydın mənə bildiridilər ki, səni uduzduracıq. Tək mən yox, məndən başqa idmançılarımız da bu cür haqsızlıqla qarşılaşmışdı.


- Neçə yarışda iştirak etmisiz?. Yarışların hamsında medal qazanmısız? 

- Təxmini 30-40 yarışda iştirak etmişəm. 2002-2003 –cü ildən sonra daha ciddi şəkildə bu növ idmanla məşğul olmuşam. Ondan sonra yarışların hamsında medal qazanmışam.


- Bəs, niyə Azərbaycanda Goju- Ryu növü və Kempo idman növləri ilə məşğul olduz?

- Dünyada karate idman növü yarananda 4 növü olub. Amma, mən uşaq olanda əlbəyaxa döyüş növlərində ən populyar karate idi. Goju- Ryu növü ilə məşğul oldum. Müəllimim Azərbaycan Goju-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti Tanriverdi Allahverdiyev olub. Karatenin bu növü ən sərt növ sayılır. Burada fənd atmaq, güləşmək, sındıraq sərbəstdir. Mən uşaq oalrkən hələ döyüşə çıxarkən sadəcə əlcəklə döyüşürdüm. Sonra fut, bandaj kimi əlavə avadanlıqlar verildi.


- İndi karatenin neçə növü var?

- 20-dən artıq növü var. 


- Niyə idmandan uzaqlaşdız?

- 2011-ci ildə çox ağır yol-nəqliyyat hadisəsi yaşadım. Diz və çiyinimdə ağır zədə aldığım üçün idmana fasilə verdim. Məşqlərə davam edib, əvvəlki kimi idmana qayıtmağa çalışıram.

 


Digər xəbərlər

Xəbər xətti