Cüdoçuların Azərbaycan birinciliyi başladı

14:28 22 Fevral 2018

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 21 yaşadək cüdoçu gənclər arasında Azərbaycan birinciliyinə start verilib.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) cüdoçu mübarizə aparır.
 
İki gün davam edəcək birinciliyin ilk günündə oğlanlarda 55 kq və 60 kq çəki dərəcələrində, qızlarda isə bütün çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti